• Bakı 15° C

    8.45 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Beynəlxalq güclər regiona dönmək üçün bəhanə axtarır

SİYASƏT

16 May 2025 | 09:27

Beynəlxalq güclər regiona dönmək üçün bəhanə axtarır

"Elə bir həftə, ay yoxdur ki, Ermənistan tərəfindən Azərbaycana qarşı hansısa təxribat həyata keçirilməsin".

Bunu Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ekspert bildirib ki, bu gün Ermənistan ərazisində Avropa İttifaqının "mülki missiyası" var və missiya Ermənistanda yerləşmiş bəzi ölkələrin diplomatik nümayəndəlikləri ilə aktiv iş birliyi içindədir. Onun sözlərinə görə, məhz bu işbirliyi vasitəsi ilə həmin ölkələr Ermənistan ərazisində mövcudluqlarının zərurətini sübut etməyə çalışırlar.

Müsahibimiz qeyd edib ki, mütəmadi olaraq geniş hesabatlar təqdim edilməlidir:

“Bölgədə vəziyyətin gərgin olmasını imitasiya etmək lazımdır. Aİ missiyası da bu işlə məşğuldur. Biz zaman-zaman Azərbaycan Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin məlumatlarını eşidirik, vizual görüntülər bizə təqdim olunur. Aİ missiyası ayrı-ayrı bölgələrə patrul xidməti həyata keçirir və binokl müşahidəsi aparırlar. Onların apardıqları qeydiyyat birbaşa Avropa rəsmilərinə təqdim olunur”.

Üzeyir Cəfərov: Onların məqsədi odur ki, tərəflər arasına qan tökülsün

Hərbi ekspert hesab edir ki, PKK-nın silahı yerə qoyması Ermənistan ərazisindəki separatizm mərkəzinin də yox olması anlamına gəlir. Ona görə də maraqlı olan qüvvələr bu narahatlıqlarını şərti sərhədlərdə silahları işə salmaqla büruzə verirlər:

“Məqsəd odur ki, tərəflər arasına qan tökülsün və beynəlxalq güclər yenidən regiona qayıtmaq üçün bəhanə əldə etsinlər".

Aydın Baxış


SON XƏBƏRLƏR