• Bakı 18° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Deputat ölüm hökmünün bərpasının tərəfdarıdır

SİYASƏT

25 Iyun 2024 | 11:30

Deputat ölüm hökmünün bərpasının tərəfdarıdır

"Bu gün Azərbaycan polisi işğaldan azad olunmuş ərazilərdə asayişin təmin olunması üçün səylə çalışır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bütün bunlarla yanaşı hesab edirəm dünən baş verən hadisə cinayətkarlıqla mübarizədə daha sərt addımların atılmasını zəruri edir:

“Eyni zamanda düşünürəm əhalidə olan qanunsuz silahlarla da bağlı sərt addımların atılmasına və tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var. Sonda bir məqama da diqqət çəkmək istəyirəm. İllər öncə Azərbaycanda ölüm hökmü ləğv olundu. Hərçənd, proseslər göstərir ki, bəzi cinayətlərin qarşısının alınması üçün bəzi hallarda ölüm cəzası daha effektivdir. Diqqət çəkmək istədiyim əsas məqam ondan ibarətdir ki, dəfələrlə cinayət törətmiş insanların həbsdən azad olunmasına daha həssas yanaşmalıyıq. Təcrübə göstərir ki, bu insanlar həbsdən azad olunduqdan sonra eyni cinayətləri törətməyə davam edirlər. Belə olduğu halda onların cəza törətmək ehtimalı daha çoxdur”.

Günel Abbas


SON XƏBƏRLƏR

28 Sentyabr 2024