• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bəzi təhsil işçilərinin aylıq vəzifə maaşları dəyişdi - CƏDVƏL

CƏMİYYƏT

09 Mart 2023 | 11:41

Bəzi təhsil işçilərinin aylıq vəzifə maaşları dəyişdi - CƏDVƏL

Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxemi və məbləğləri dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 871 manat, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 785 manat və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 700 manat müəyyən edilib.

İndiyə qədər Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 792 manat, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 714 manat və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 636 manat müəyyən edilmişdi.

Bu Qərar 2023-cü il fevralın 1-dən tətbiq edilir.


Bəzi təhsil işçilərinin aylıq vəzifə maaşları dəyişdi - CƏDVƏLBəzi təhsil işçilərinin aylıq vəzifə maaşları dəyişdi - CƏDVƏLBəzi təhsil işçilərinin aylıq vəzifə maaşları dəyişdi - CƏDVƏLBəzi təhsil işçilərinin aylıq vəzifə maaşları dəyişdi - CƏDVƏL
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026