• Bakı 7° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Biləsuvarda partlayışda yaralanan uşaqlardan daha biri Bakıya gətirildi

CƏMİYYƏT

25 Aprel 2023 | 09:41

Biləsuvarda partlayışda yaralanan uşaqlardan daha biri Bakıya gətirildi

Biləsuvarda yaşayış binasında baş verən partlayış nəticəsində xəsarət alan uşaqlaran daha biri Bakıya təxliyə edilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə zamanı yaralanan 2009-cu il təvəllüdlü F.Əliyeva Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından Respublika Yanıq Mərkəzinə köçürülüb.

Qeyd edək ki, daha əvvəl hadisə zamanı yaralanan onun bacısı da rayon xəstəxanasından paytaxt xəstəxanalarından birinə təxliyə edilib.

Xatırladaq ki, partlayış ötən gün axşam saatlarında şəhər ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında baş verib və nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR