• Bakı 9° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İyunda neçə gün evdə qalacağıq?

CƏMİYYƏT

25 May 2023 | 09:34 | Müəllif: Qalib İbrahimoğlu

İyunda neçə gün evdə qalacağıq?

Bu ilin iyun ayında qeyd olunan bayram günləri müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2022-ci il tarixli Qərarı ilə 2023-cü il üçün təsdəiqlənmiş iş vaxtı norması və istehsalat təqviminə əsasən 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü, 28, 29 iyun – Qurban bayramı kimi qeyd olunacaq.

Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.

Beləliklə, bu ay şənbə və bazar günləri də daxil olmaqla, 5 günlük iş həftəsində çalışanlar üçün 12, 6 günlük iş həftəsində çalışanlar üçün isə 8 gün qeyri-iş günü olacaq.

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 iyun (çərşənbə axşamı) və 30 iyun (cümə) iş günləri ilə müvafiq olaraq iyunun 24-25-i istirahət günlərinin yerlərinin dəyişdiriləcəyi ehtimalı var.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026