• Bakı 9° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi

CƏMİYYƏT

23 Iyun 2023 | 21:49

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi

İyunun 23-də ABŞ-nin Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 247-ci ildönümü ilə əlaqədar Bakıda tədbir təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Musiqi Akademiyasının xorunun ifasında Azərbaycanın və ABŞ-ın Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara bildirib ki, ABŞ-ın Azərbaycanla 30 ildə əməkdaşlıq əlaqələri genişlənib, şaxələnib. O, ABŞ-Azərbaycan münasibətlərindən söz açaraq, bu əməkdaşlığın indi də müxtəlif istiqamətlərdə davam etdiyini vurğulayıb.

Sonra çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov ötən il Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin 30-cu ildönümünün qeyd edildiyini bildirib. “İnanırıq ki, ABŞ Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizliyin bərqərar edilməsini, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurularaq ölkə iqtisadiyyatına reinteqrasiyasını və tarixi torpaqlarımıza Böyük Qayıdışın təmin olunmasına yönəlmiş Azərbaycan dövlətinin səylərini bölüşür və bu səyləri dəstəkləyəcək”, - deyə əlavə edib.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, media nümayəndələri iştirak ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026