• Bakı 24° C

    4.68 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Binədə 3 min abonenti qazsız qalıb - SƏBƏB

CƏMİYYƏT

02 Fevral 2024 | 16:03 | Müəllif: Qalib İbrahimoğlu

Binədə 3 min abonenti qazsız qalıb - SƏBƏB

Ötən gün gecə saatlarında paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi “Atçılıq” yaşayış massivində xarici dövlət qeydiyyat nişanlı yük avtomobili qaz xəttinə çırpılıb.

Bu barədə Bakıvaxtı.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Verilən məlumata görə, qəza nəticəsində müxtəlif diametrli 150 metr uzunluğunda orta və aşağı təzyiqli qaz xətləri yararsız hala düşüb, Üç min abonentin qaz təchizatında fasilə yaranıb.

"Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə əraziyə təbii qazın verilişi dayandırılıb, qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Bərpa işlərinin günün sonunadək yekunlaşdırılması nəzərdə tutulub", - deyə məlumatda qeyd olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR