• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Binəqədi məhkəməsinin hakimi ilə bağlı araşdırma aparılır

CƏMİYYƏT

12 Iyun 2023 | 18:35 | Müəllif: Subhan Mahmudov

Binəqədi məhkəməsinin hakimi ilə bağlı araşdırma aparılır

Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovla bağlı araşdırmalara başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Məhkəmədən məlumat verilib.

Bildirilib ki, bu gün bəzi media orqanlarında və sosial şəbəkələrdə Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun barəsində şəxsi zəmində baş vermiş məişət hadisəsi ilə bağlı məlumatlar yayılıb: "Bildiririk ki, aidiyyəti üzrə müvafiq araşdırmalar aparıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Həmçinin ictimaiyyəti və media nümayəndələrini həqiqətə uyğun olmayan, təqibedici, dəqiqləşdirilməmiş, hakimin və məhkəmə hakimiyyətinin nüfuzuna zərbə vura biləcək, eləcə də şəxsin icazəsi olmadan ona məxsus fərdi məlumatları yaymamağa çağırırıq".

Qeyd edək ki, mətbuatda hakimin binanın liftinə zərər vurmasını əks etdirən görüntülər yayılıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026