“Minimum istehlak səbətində hər ailəyə 1 saat internet verilib. İndiki dövrün tələblərinə uyğun olaraq xidmət, təhsil, səhiyyə, sosial xidmətlərlə bağlı məsələlər minimum istehlak səbətinin göstəricilərinə salınsın”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri deputat Əli Məsimli Milli Məclisin plenar iclasında bildirib.
“Bir rəqəmi desəm kifayətdir ki, minimum istehlak səbətində hər ailəyə internet üçün bir saat vaxt verilib. Bir ailə üçün bir saat. Əgər doğurdanda aztəminatlı təbəqənin güzəranın yaxşılaşdırılması istiqamətində nəzərə çarpan addımlar atmaq istəyiriksə yaşayış minimumunu 270 manata çatdırmışıq. Həmin sadaladığım məqamlar burada öz əksini tapanda artıq ailələr bu il 535 manat gələn ildə 4 nəfərdən ibarətdirsə 100 manatda artıq qalacaq. Bunu davam etdirməliyik” , - deyə deputat vurğulayıb.
Aytac Aslan
















