• Bakı 10° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

"Bank Respublika"nın əməkdaşı iş yoldaşı tərəfindən GÜLLƏLƏNDİ -YENİLƏNİB

HADİSƏ

19 Iyul 2023 | 12:48

"Bank Respublika"nın əməkdaşı iş yoldaşı tərəfindən GÜLLƏLƏNDİ - YENİLƏNİB

Qaxda baş verən silahlı insidentin təfərrüatları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, rayonun Almalı kənd sakini, 1992-ci il təvəllüdlü Turan Kamil oğlu Məmmədovla onun qohumu, Dəymədağlı kənd sakini Cavanşir Məmmədovun arasında mübahisə yaranıb. Mübahsiə zamanı Cavanşir Turanı ov tüfəngi ilə ayağından güllələyib. Yaralı dərhal Qax rayon Mərkəzi xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Mübahisənin qısqanclıq zəmnində baş verdiyi ehtimal olunur.

Qeyd edək ki, Turan Məmmədov və Cavidan Məmmədov yaxın qohumdurlar və hər ikisi "Bank Respublika"nın Qax filialında calışırlar.

Faktla bağlı araşdırma aparılır. /unikal.az

***

09:32

Qax sakini güllələnib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, ötən gün axşam saatlarında rayonun Almalı kəndi ərazisində rayon sakini Turan Məmmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

İlkin araşdırma zamanı T.Məmmədova qohumu, 1991-ci il təvəllüdlü Cavidan Məmmədov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib.

C.Məmmədov saxlanılıb və ondan cinayətdə istifadə etdiyi həmin ov tüfəngi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026