• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Keçmiş məhkum Bakıda avtomobil yandırmağa görə tutuldu

HADİSƏ

18 Avqust 2023 | 12:33 | Müəllif: Subhan Mahmudov

Keçmiş məhkum Bakıda avtomobil yandırmağa görə tutuldu

Avqustun 2-də gecə saatlarında Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yerləşən evlərdən birinin həyətində “Changan” markalı avtomobilin yandırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Peyman Davudov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026