• Bakı 27° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.7309

    RUB - 0.0278

“Bizə ayın sonuna qədər şəhəri tərk etməyi tapşırıblar” - Laçındakı ermənilər

SİYASƏT

05 Avqust 2022 | 17:25

“Bizə ayın sonuna qədər şəhəri tərk etməyi tapşırıblar” - Laçındakı ermənilər

Laçında yaşayan ermənilər bu ayın sonuna qədər şəhəri tərk etməlidirlər.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Azadlıq” radiosunun erməni bürosuna şəhərdə yaşayan ermənilər bildirib.

Laçında qanunsuz olaraq yaşayan erməni Anna Markaryan qeyd edib ki, bu barədə onlara şəhərin “meri” və “administrasiya rəhbəri” görüş zamanı deyib.

Bu arada Laçının Zabux kəndində qanunsuz olaraq məskunlaşan ermənilərə kəndi tərk etmək tapşırılıb. Belə ki, kənd sakini Ayk Xanumyan “Azadlıq” radiosuna bildirib ki, onlara kəndi tərk etmək üçün avqustun 25-dək vaxt verilib: “Bizə dedilər ki, ruslar gedəcək, azərbaycanlılar gələcək”.


SON XƏBƏRLƏR

17 Avqust 2022