Dünyanın ən böyük diplomatik tədbirlərindən biri hesab edilən və üzv ölkələrin liderlərini bir araya gətirən Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyası sabah Nyu-Yorkda işə başlayacaq.
Bakıvaxtı.az xəbər verir ki, BMT-nin Baş Qərargahının yerləşdiyi Nyu-Yorkda hər il üzv ölkələrin dövlət və hökumət başçılarını bir araya gətirən Baş Assambleya bu il sentyabrın 24-də start götrübŞ, ayın 30-dək davam edəcək.
Kamerunlu Filemon Yonq BMT-nin Baş katibi Antonio Quterreşin açacağı 79-cu BMT Baş Assambleyasının müzakirələrinə sədrlik edəcək.
BMT Baş Assambleyasına 133 dövlət və hökumət başçısı, 3 vitse-prezident, 80 baş nazirin müavini və 45 nazirin qatılacağı gözlənilir.
Əli Hüseynov
















