• Bakı 7° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Boris Conson parlamentdə son dəfə çıxış etdi

DÜNYA

20 Iyul 2022 | 17:32

Boris Conson parlamentdə son dəfə çıxış etdi

Boris Conson bu gün parlamentdə sonuncu dəfə çıxış edib.

Bakıvaxtı.az xəbər verir ki, Boris Conson parlamentdə sonuncu dəfə çıxış edərək parlament üzvlərinin suallarını cavablandırıb.

O, gələcək Baş nazirə bir sıra məsləhətlər də verib.

“Diqqətinizi qarşıdakı yola yönəldin. Və hər şeydən əvvəl xatırlayın ki, vacib olan “Twitter“ deyil. Bizi bura göndərən insanlardır”, - Boris Conson bildirib.

O qeyd edib ki, hələlik öz missiyasını böyük ölçüdə yerinə yetirib.

Boris Conson “Terminator” filmindən sitat gətirərək çıxışını “Hasta la vista, baby” deyərək bitirib.

Qeyd edək ki, Britaniya Baş Naziri hər çərşənbə günü Britaniya Parlamentinin İcmalar Palatasında parlament üzvlərinin suallarını cavablandırır. (apa)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026