• Bakı 17° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Boş qalan yerlərə ixtisas seçimi bu tarixdə aparılacaq

CƏMİYYƏT

31 Avqust 2023 | 00:26

Boş qalan yerlərə ixtisas seçimi bu tarixdə aparılacaq

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı həftə sonunadək “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, boş qalan yerlərə ixtisas seçimi sentyabrın 4-dən 9-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları sabah günün ikinci yarısı “Abituriyent” jurnalının 5-ci sayında dərc olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR