• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Azərbaycan hərbçiləri minalanmış sahələrdən BU ÜSULLARLA KEÇİB - VİDEO

CƏMİYYƏT

29 Sentyabr 2023 | 22:25 | Müəllif: Subhan Mahmudov

Azərbaycan hərbçiləri minalanmış sahələrdən BU ÜSULLARLA KEÇİB - VİDEO

44 günlük Vətən müharibəsi başlayandan Zəfərə qədər gedən yolda Azərbaycan ordusunun bəzi taktiki-manevr planları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Xəzər TV"-də yayımlanan "Əks-hücuma 10 dəqiqə qalmış" sənədli filmində məlumat verilir.

Qoşunların hərəkət edəcəyi ərazilərin, xüsusilə də möhkəmləndirilmiş sədlərin yarılmasında "Tamkar" və "Pomins" qurğularından da geniş istifadə edilib.

"Tamkar" texnikaya qoşularaq daşınan minatəmizləyən qurğudur. Onun üzərindəki raket minalı sahəyə atılır və üzərindəki bombacıqlar minaları partladır. Nəticədə də 100 metr uzunluğa və 10 metr enə malik keçid açılır. "Pomins"i isə şəxsi heyət daşıyır. O da eyni prinsiplə partlayış yaradır və 50 metr uzunluğunda, 1.5 metr enində keçid aça bilirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026