• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Orduda Cümhuriyyət günü ilə bağlı tədbirlər keçirildi 

CƏMİYYƏT

29 Oktyabr 2023 | 19:20 | Müəllif: Subhan Mahmudov

Orduda Cümhuriyyət günü ilə bağlı tədbirlər keçirildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildiriblər ki, tədbirlərdə əvvəlcə Ulu Öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri ifa edilib.

Tədbirlər çərçivəsində ictimai-siyasi hazırlıq dərsləri keçirilib, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunan videoçarxlar nümayiş etdirilib.

Çıxış edənlər Türkiyənin Cümhuriyyət Bayramının Azərbaycanda təntənəli şəkildə qeyd olunmasından, ölkələrimiz arasında münasibətlərin möhkəm qardaşlıq təməlləri üzərində qurulmasından danışıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR