• Bakı C

    8.27 m/s

  • USD - 1.7

    EUR - 1.8403

    RUB - 0.0183

"ATV-nin rəhbərliyini Allaha həvalə edirəm"

CƏMİYYƏT

28 Noyabr 2023 | 18:59

ATV-nin rəhbərliyini Allaha həvalə edirəm

Xəbər verdiyimiz kimi, Xalq yazıçısı Çingiz Abdullayev ATV telekanalını məhkəməyə verəcəyini açıqlayıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə yazar sosial media hesabında paylaşım edib.

"ATV kanalının rəhbərliyi məni yox, həlak olan şəhidlərin, general Polad Həşimovun xatirəsini təhqir edirlər. Polad Həşimov mənim oxucum olub. Ceyhun Şalıyev mənim kitablarımı oxuyub, toplayıb. Füzuliyə ilk girənlərdən biri olub. Onun atası məni oğlunun ölümünün bir illiyinə dəvət elədi və mənim xeyli kitabımın onların evində olduğunu söylədi.

Başqa bir şəhidimiz - ingilis dilində təhsil alan Rüfət Əhmədzadənin anası onun axırıncı məktubunu mənə bağışladı. Şəhidlərdən biri Bakıya gəlməzdən əvvəl çamadanını mənim kitablarımla doldurub. Bu haqda onun anası danışıb. Belə çıxır ki, onlar hamısı "zir-zibil" oxuyub, öz vətənləri uğrunda ölümə gediblər. Axı mən nə deyim? Sizi Allaha həvalə edirəm. Sizin bu dünyada cəzanız yoxdur! Siz məni deyil, yüzlərlə şəhidin xatirəsini və oxucularımı təhqir etdiniz!" deyə, Ç.Abdullayev yazıb.

Qeyd edək ki, bir müddət əvvəl ATV-də yayımlanan "Xəbərin olsun" verilişinin aparıcısı Kubra Məhərrəmova Çingiz Abdullayevin əsərlərini "zir-zibil" adlandırıb. Bunun ardından AYB bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, telekanal bununla bağlı açıqlama verməli və aparıcı cəzalandırılmalıdır. Bu gün isə Audiovizual Şuradan APA-ya deyilib ki, bu hadisə ilə bağlı ATV-yə irad bildirilib və müvafiq tövsiyələr verilib.


SON XƏBƏRLƏR

23 Fevral 2024