• Bakı 20° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Türkmənistanda SOCAR-ın ofisi açılıb

CƏMİYYƏT

28 Noyabr 2023 | 17:27

Türkmənistanda SOCAR-ın ofisi açılıb

Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəliyinin ofisi açılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Türkmənistana işgüzar səfərimiz çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə Aşqabadda SOCAR-ın nümayəndəliyinin ofisinin açılışında iştirak etdik. Bu təşəbbüs şirkətin Türkmənistanda uzunmüddətli fəaliyyətinin möhkəmləndirilməsinə, ölkələrimizin energetika sahəsində ortaq maraqlarının reallaşmasına inamın təzahürüdür”, - deyə M.Cabbarov bildirib.


SON XƏBƏRLƏR

08 May 2025