• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Növbəti köç karvanı Laçın şəhərinə çatıb

CƏMİYYƏT

28 Dekabr 2023 | 16:54 | Müəllif: Qalib İbrahimoğlu

Növbəti köç karvanı Laçın şəhərinə çatıb

Bakı şəhərinin Qaradağ rayonundan dekabrın 28-də yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb.

Bu barədə Bakıvaxtı.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Yeni köçürülən ailələrə mənzillərin açarları təqdim olunacaq.

***

08:25

Dekabrın 28-də Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 25 ailə (80 nəfər) köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Qeyd edək ki, indiyədək Laçın şəhərində 408 ailənin (1555 nəfər) daimi məskunlaşması təmin olunub.


Növbəti köç karvanı Laçın şəhərinə çatıbNövbəti köç karvanı Laçın şəhərinə çatıbNövbəti köç karvanı Laçın şəhərinə çatıbNövbəti köç karvanı Laçın şəhərinə çatıbNövbəti köç karvanı Laçın şəhərinə çatıbNövbəti köç karvanı Laçın şəhərinə çatıbNövbəti köç karvanı Laçın şəhərinə çatıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026