• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

BÖYÜK QAYIDIŞ: Üzü Füzuliyə... - FOTOLAR -YENİLƏNİB

CƏMİYYƏT

18 Mart 2024 | 12:37 | Müəllif: Qalib İbrahimoğlu

BÖYÜK QAYIDIŞ: Üzü Füzuliyə... - FOTOLAR -YENİLƏNİB

Füzuliyə yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdim olunması mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, bu mərhələdə Füzuli şəhərinə daha 34 ailə - 123 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində ümumilikdə 596 ailənin (2 245 nəfər) daimi məskunlaşması təmin edilib.

...

12:05

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində 123 nəfərdən ibarət növbəti köç karvanı Füzuliyə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, şəhərdə doğma yurduna çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bununla da Füzuli şəhərində ümumilikdə 596 ailənin (2 245 nəfər) daimi məskunlaşması təmin ediləcək.

...

08:27

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 34 ailə - 123 nəfər köçürülüb.

Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 596 ailənin, yəni 2245 nəfərin daimi məskunlaşması təmin edilib.


BÖYÜK QAYIDIŞ: Üzü Füzuliyə... - FOTOLAR -YENİLƏNİBBÖYÜK QAYIDIŞ: Üzü Füzuliyə... - FOTOLAR -YENİLƏNİBBÖYÜK QAYIDIŞ: Üzü Füzuliyə... - FOTOLAR -YENİLƏNİBBÖYÜK QAYIDIŞ: Üzü Füzuliyə... - FOTOLAR -YENİLƏNİBBÖYÜK QAYIDIŞ: Üzü Füzuliyə... - FOTOLAR -YENİLƏNİBBÖYÜK QAYIDIŞ: Üzü Füzuliyə... - FOTOLAR -YENİLƏNİBBÖYÜK QAYIDIŞ: Üzü Füzuliyə... - FOTOLAR -YENİLƏNİBBÖYÜK QAYIDIŞ: Üzü Füzuliyə... - FOTOLAR -YENİLƏNİBBÖYÜK QAYIDIŞ: Üzü Füzuliyə... - FOTOLAR -YENİLƏNİBBÖYÜK QAYIDIŞ: Üzü Füzuliyə... - FOTOLAR -YENİLƏNİBBÖYÜK QAYIDIŞ: Üzü Füzuliyə... - FOTOLAR -YENİLƏNİBBÖYÜK QAYIDIŞ: Üzü Füzuliyə... - FOTOLAR -YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR