• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Brent”in qiyməti düşdü

İQTİSADİYYAT

29 Sentyabr 2023 | 11:43

“Brent”in qiyməti düşdü

Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 93,03 dollara satılır.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ötən gün 95,35 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti 93,10 dollar olub.

Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 09:12-də ötən günlə müqayisədə 0,08% azalaraq 93,03 dollar olub. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 91,69 dollara satılıb.

Qiymətlər yeni günə üfüqi istiqamətdə başlasa da, tələb-təklif  balansındakı kəsirin tədricən artacağına dair narahatlıqlar qiymətlərin gedişatına təsirini davam etdirir.

Ekspertlər qeyd edirlər ki, neft qiymətləri yüksək qalarsa, OPEC+ qrupunun, xüsusilə də tədarük tərəfində Səudiyyə Ərəbistanının hasilatın azaldılmasını planlaşdırılandan daha tez yumşaltmağa başlaya biləcəyi gözləntiləri ola bilər.

Tələb tərəfində dünyanın ən böyük neft idxalçısı olan Çində bir həftəlik payız bayramı tətilinin yanacağa tələbatı artıracağı gözlənilir.

Bildirilir ki, texniki baxımdan Brent markalı neftin 93,19-93,45 dollar arası diapazonu müqavimət, 92,93-92,67 dollar arası isə dəstək adlandırıla bilər.

Ay Tac


SON XƏBƏRLƏR

26 Iyul 2024