• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

BRİKS ölkələrinin energetika nazirləri görüşəcəklər

İQTİSADİYYAT

23 Sentyabr 2024 | 12:09 | Müəllif: Gülşən Şərif

BRİKS ölkələrinin energetika nazirləri görüşəcəklər

BRİKS ölkələrinin energetika nazirlərinin görüşü "Rusiya enerji həftəsi" VII Beynəlxalq Forumu çərçivəsində baş tutacaq.

Bakıvaxtı.az "Vedmosti"yə istinadən xəbər verir ki, forumun əsas mövzusu çoxqütblü dünyada enerji əməkdaşlığı olacaq. 

Rusiya prezidenti Vladimir Putin forumun qonaqlarına və iştirakçılarına müraciətində bildirib ki, yeni geosiyasi reallıqlarda enerji sektorunda qarşılıqlı fəaliyyət milli iqtisadiyyatların möhkəmlənməsinə xidmət etməli, prioritet sosial problemlərin həllinə, insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verməlidir. 

"Bir çox ölkələrin dövlət idarələri və ekspert dairələrinin nümayəndələri Rusiya və qlobal enerjinin vəziyyətini və inkişaf perspektivlərini, o cümlədən enerji sənayesinin rəqəmsallaşdırılması, onların səmərəliliyinin artırılması və ekoloji təhlükəsizlik məsələlərini hərtərəfli müzakirə edəcəklər. İştirakçılara yanacaq-energetika kompleksi üçün avadanlıq və texnologiyalar sərgisi də təqdim olunacaq", - deyə Putin vurğulayıb.

Qeyd edək ki, "Rusiya Enerji Həftəsi" beynəlxalq forumu müasir yanacaq-energetika kompleksinin inkişafının cari tendensiyalarının müzakirəsi üçün əsas beynəlxalq platformalardan biridir. Tədbir ənənəvi olaraq enerji sənayesinin ən böyük şirkətlərinin rəhbərlərinin iştirakı ilə yüksək səviyyədə keçirilir. "REW-2023"də müxtəlif ölkələrin hökumətlərinin nümayəndələri, iri enerji şirkətləri və təşkilatlarının rəhbərləri, alim və ekspertlər iştirak edəcəklər.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026