Böyük Britaniyanın dövlət borcu rekord səviyyəyə yüksəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Krallığın Milli Statistika İdarəsi (ONS) məlumat yayıb.
Məlumata görə, Avqustun sonunda borcun səviyyəsi ÜDM-in dəyərinin 100 faizinə çatıb ki, bir ay əvvəl bu rəqəm Böyük Britaniya ÜDM-nin 99,3 faizini təşkil edib.
Bildirilib ki, avqustda dövlət sektorunun gəlirləri ilə xərcləri arasındakı fərq illik müqayisədə 4,3 faiz artaraq 13,734 milyard funt-sterlinqə çatıb.
Mina Mikayılova