• Bakı 28° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

Bu avtobusların hərəkət sxemi dəyişdirildi

CƏMİYYƏT

29 Iyul 2026 | 14:28

Bu avtobusların hərəkət sxemi dəyişdirildi

Paytaxtın Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində aidiyyəti qurum tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

    Bildirilib ki, məhdudiyyət səbəbindən iyulun 30-dan təmir-bərpa işləri yekunlaşanadək 202 nömrəli marşrutun son dayanacaq məntəqəsi Asəf Zeynallı küçəsində 94 nömrəli transformator yarımstansiyası yaxınlığına təşkil ediləcək. 92 nömrəli marşrut isə Asəf Zeynallı – Yurd Yeri – Maralan - Yaşar Sadıqov küçələri ilə hərəkət edəcək.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Iyul 2026