• Bakı 22° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Bu dəfə qardaşı oğlu nazir oldu

DÜNYA

05 Iyun 2024 | 11:03 | Müəllif: Subhan Mahmudov

Bu dəfə qardaşı oğlu nazir oldu

Çeçenistan rəhbəri Ramzan Kadırovun qardaşı oğlu Adam Çerxiqov ölkənin nəqliyyat, rabitə və rəqəmsal inkişaf naziri postunu alıb.

Bakıvaxtı.az xəbər verir ki, respublika başçısı təyinat barədə teleqram kanalında məlumat verib.

2007-ci ildən bu vəzifəni Adam Çerxiqovun atası Ramzan Çerxiqov tuturdu və oğlu Çeçenistan hökumətinin məktəbəqədər təhsil komitəsinə rəhbərlik edirdi. 

Qeyd edək ki, ötən ay Çeçenistan rəhbərinin oğlu Axmat Kadırov vilayətin bədən tərbiyəsi və idman naziri vəzifəsinə təyin edilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026