• Bakı 11° C

    0.24 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Bu gənc hər həftə dərisini dəyişir - İLAN ADAM

DÜNYA

19 Iyun 2022 | 01:38 | Müəllif: Qalib İbrahimoğlu

Bu gənc hər həftə dərisini dəyişir - İLAN ADAM

Hindistanın Qərbi Benqal əyalətində yaşayan 25 yaşlı Majibar Rahman Malik adlı şəxs nadir və ağır dəri xəstəliyindən əziyyət çəkir.

Bakıvaxtı.az xəbər verir ki, onun hər həftə dərisi dəyişir.

Bu xəstəliyinə görə o, “ilan adam” olaraq tanınır. Malik xəstəliyinin anadangəlmə olduğunu deyir.

O, dərisinin soyulduğu yerdə qaşıntılı qırmızı ləkə və yaralar qaldığını qeyd edib (bakupost.az) .Bu da bədən temperaturunda müəyyən problemlərə, metobolik sürətin artmasına və həyati təhlükəsi olan infeksiyalara səbəb olur.

Ailəsi onu xətəxanaya aparsa da, həkimlər bu xəstəlik üçün kömək edə bilməyib. Onun daha yaxşı xətəxanaya getməli olduğunu bildiriblər. Malikin ailəsinin isə həmin xəstəxananın xərclərini qarşılayacaq imkanı olmadığı üçün o, müalicəyə başlamayıb.

Qeyd edək ki, belə dəri xəstəliyinə Hindistanda daha bir neçə şəxsdə rast gəlinib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR