Yanvarın 21-də altı planet Günəşin eyni tərəfində olacaq. Sərti paradın bəzi iştirakçıları axşam səmasında adi gözlə görünəcəklər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə astronom Moskva Planetariumunun metodoloji təminat şöbəsinin rəhbəri Lyudmila Koşman deyib.
Planetlər səmanın kifayət qədər böyük sektorunda (130 dərəcə) yerləşəcək.
Onun sözlərinə görə, bu hadisəni yalnız şərti olaraq planetlərin kiçik paradı adlandırmaq olar:
"Çünki səmanın kifayət qədər dar sektorunda (20-30 dərəcə) altı planetdən yalnız üçü olacaq: Saturn, Venera və Neptun".