• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bu gün hava dumanlı olacaq

CƏMİYYƏT

07 Fevral 2022 | 08:29 | Müəllif: Qalib İbrahimoğlu

Bu gün hava dumanlı olacaq

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata əsasən gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 0-3° isti, gündüz 7-10° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz:

Fevralın 7-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 18°-dək şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026