• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bu il Azərbaycan şəkər ixracından gəlirlərini artırıb

CƏMİYYƏT

20 Avqust 2024 | 14:20 | Müəllif: Əli Hüseynov

Bu il Azərbaycan şəkər ixracından gəlirlərini artırıb

2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycan 19 milyon 709 min dollar dəyərində 25 min 820 ton şəkər ixrac edib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən şəkərin dəyəri 29.3% və ya 4 mln. 65,7 min dollar, həcmi isə 24% və ya 5 min ton artıb. 2023-ci ilin ilk 7 ayında Azərbaycandan 15 mln. 237 min dollar dəyərində 20 min 736 ton şəkər ixrac edilib.

     

    Qeyd edək ki, hesabat dövründə şəkərin bir tonunun orta ixrac qiyməti əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4% artaraq 763 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, cari ilin yanvar-iyul aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0.12%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1.05%-ə bərabər olub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Noyabr 2026