• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu il Azərbaycandan aviareyslərin sayı artıb

GÜNDƏM

10 Iyun 2024 | 13:48

Bu il Azərbaycandan aviareyslərin sayı artıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan 9 778 aviareys təşkil olunub.

Bakıvaxtı.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21,7 % çoxdur.

Hesabat dövründə Azərbaycandan ən çox Rusiyaya 2 897 reys təşkil olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % çoxdur.

Təkcə may ayında Azərbaycandan 2 231 aviareys təşkil olunub. Bu da bir il əvvəlki dövrü ilə müqayisədə 23,6 % çoxdur. Mayda isə Rusiyaya 689 reys təşkil olunub ki, bu da ötən ilin may ayı ilə müqayisədə 16,5 % çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Rusiyadan sonra ən çox Azərbaycandan Türkiyəyə aviareys təşkil olunub. Bu ölkəyə 2 099 reys olub ki, bu da illik müqayisədə 10,2 % çoxdur.

İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri 1 231 reyslə (+38,6 %) daxil olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026