• Bakı 5° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bu məhsullarda  qiymət artımının qarşısı alınacaq

CƏMİYYƏT

23 Sentyabr 2022 | 11:49

Bu məhsullarda qiymət artımının qarşısı alınacaq

Azərbaycanda heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısı alınacaq.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Qanuna dəyişiklik layihəsinin şəhər (rayon) ərazisində baytarlıq yükünün daşınması üçün tələb olunan baytarlıq arayışının alınması ilə bağlı dövlət rüsumunun ləğv edilməsi ilə əlaqədar hazırlandığı bildirilib və sahibkarlığa dövlət dəstəyinin artırılması, istehlakçıların hüquqlarının qorunması, heyvan mənşəli məhsullarda kəskin qiymət artımının qarşısının alınması məqsədi daşıdığı nəzərə çatdırılıb.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR