• Bakı 15° C

    2.71 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Bu məktəbdə istiliyin olmamasına aydınlıq gətirildi

CƏMİYYƏT

01 Dekabr 2022 | 15:06

Bu məktəbdə istiliyin olmamasına aydınlıq gətirildi

Elm və Təhsil Nazirliyi Sabirabad rayonu Kovlar kənd tam orta məktəbinin istilik məsələsinə münasibət bildirib.

Bakıvaxtı.az  xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Sabirabad rayonu Kovlar kənd tam orta məktəbinin istilik sistemi dizel yanacaqlı qazanxana ilə işləyir:

"Məktəbə dizel yanacağı verildikdən sonra qazanxana işə salınıb və bundan sonra bəzi problemlər ortaya çıxıb. Hazırda ustalar məktəbdə təmir-bərpa işləri aparır və ən geci sabah məktəbdə istilik olacaq. Əlavə məlumat veriləcək".

***

Sabirabadın Kovlar kənd orta məktəbinin istilik probleminə aydınlıq gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, Mil-Muğan Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məktəbin qazanxanasında nasazlıq ortaya çıxdığı üçün hazırda istilik verilə bilmir.

"Məktəb dizel yanacağı ilə qızdırılır. Qazanxana işə salınarkən problem ortaya çıxıb. Hazırda ustalar orada iş aparır. Gün ərzində və ya sabah məktəbə istiliyin verilməsi təmin ediləcək" - deyə bildirilib.

Qeyd edək ki, məktəbin şagirdləri sosial şəbəkədə sinif otaqlarının soyuq olması barədə paylaşım ediblər.


SON XƏBƏRLƏR