• Bakı 26° C

    1.85 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Bu məsələyə görə, maliyyə sanksiyaları dəqiqləşdirilir

İQTİSADİYYAT

01 Dekabr 2023 | 12:14

Bu məsələyə görə, maliyyə sanksiyaları dəqiqləşdirilir

Rəqabət qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyaları dəqiqləşdirilir.

Bakıvaxtı.az  xəbər verir ki, bu, Rəqabət Məcəlləsinə üçüncü oxunuşda təklif edilən düzəlişlərdə əksini tapıb.

Layihəyə əsasən, nisbətən yüksək bazar gücü ilə bağlı qanun pozuntularına yol vermiş təsərrüfat subyektinə rəqabət orqanı tərəfindən qərarın verildiyi ildən əvvəlki maliyyə ilində həmin təsərrüfat subyektinin ümumi dövriyyəsinin 5 faizinə qədər məbləğdə maliyyə sanksiyası tətbiq ediləcək. layihənin əvvəlki versiyasında bu qanun pozuntusu nisbi hökmran mövqe kimi verilmişdi.


SON XƏBƏRLƏR

18 Iyul 2025