• Bakı 16° C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Bu ölkə dollardan imtina edir

DÜNYA

24 Yanvar 2023 | 12:55

Bu ölkə dollardan imtina edir

Səudiyyə Ərəbistanı dollardan imtina edərək, xarici ticarət əməliyyatlarını milli valyutalarla həyata keçirməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd Əl-Cədaan Davos İqtisadi Forumunda çıxış edərkən deyib. Nazir bildirib ki, Səudiyyə Ərəbistanı bu məsələni ticarət tərəfdaşları ilə müzakirə etməyə hazırdır. Xarici ticarətdə avro, Səudiyyə rialı və digər valyutalar istifadə oluna bilər.

Nəzərə çatdıraq ki, BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qarşılıqlı ticarəti milli valyutalarla davam etdirmək barədə razılıq əldə ediblər.

Beynəlxalq ekspertlər hesab edirlər ki, BRICS ölkələri qarşılıqlı ticarət üçün vahid valyuta yarada bilsələr, ABŞ dollarının dünyadakı mövqeyinə güclü zərbə dəyəcək və onun dəyərdən düşməsi prosesi başlayacaq.

Qeyd edək ki, BRICS 2006-cı ilin iyununda Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində yaradılıb. Dünya əhalisinin 41,5 faizinin (3 milyard 21 milyon) yaşadığı BRICS ölkələrinin xarici işlər və maliyyə nazirləri hər il sammit keçirərək qlobal iqtisadi problemləri müzakirə edirlər.

Siyasi müşahidəçilər Səudiyyə Ərəbistanının bu mövqeyini Davos İqtisadi Forumunda baş verən mühüm hadisə adlandırıblar./azərtac


SON XƏBƏRLƏR

18 Aprel 2024