• Bakı 11° C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Bu ölkə gələn il Ermənistanda səfirlik açacaq

DÜNYA

27 Noyabr 2025 | 21:28

Bu ölkə gələn il Ermənistanda səfirlik açacaq

2026-cı ildə Ermənistanda Estoniya səfirliyi açılacaq. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Estoniya xarici işlər naziri Marqus Tsaxkna erməni həmkarı Ararat Mirzoyanla telefon danışığında açıqlayıb.

Mirzoyan Tallinin qərarından məmnunluğunu ifadə edərək, bunu vacib adlandırıb.

"Bu, həqiqətən də iki ölkə arasında inkişaf etmiş güclü tərəfdaşlığı və onu daha da dərinləşdirməkdə qarşılıqlı marağımızı əks etdirir", - deyə o bildirib.

Onlar həmçinin TRIPP ("Tramp Yolu" - red.) marşrutunun həyata keçirilməsini və onun region üçün potensialını müzakirə ediblər.


SON XƏBƏRLƏR