Hər iki tərəfin sərhədçilərinin bir-birinə atəş açması nəticəsində Pakistan Əfqanıstanla ən mühüm sərhədlərindən birini bağladığını açıqlayıb.
Bakıvaxtı.az-ın xarici mediaya istinadən məlumatına görə, yerli hakimiyyət orqanları bildiriblər ki, Əfqanıstan və Pakistan sərhədçiləri Hayber-Paxtunxva əyalətindəki sərhəd-keçid məntəqəsində bir-birinə atəş açıblar və insident nəticəsində xəsarət alan olmayıb.
Gərginliyi azaltmaq üçün Pakistan və Əfqanıstan hökumətinin hərbi rəsmilərinin təmasda olduğunu vurğulayan səlahiyyətlilər Pakistanın sözügedən sərhədi bağladığını bildirib.
Bu sərhəd qapısı iki ölkə arasında ən mühüm sərhədlərdən biridir. Pakistan rəsmiləri meyvə və tərəvəz kimi tez xarab olan məhsulları daşıyan yük maşınlarının sərhədin hər iki tərəfində gözlədiyini və sərhədin mühüm ticarət yolu olduğunu qeyd edib.
Taliban müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyinin sosial media hesabından verilən açıqlamada münaqişənin Pakistan tərəfinin başlatdığı, Taliban qüvvələrinin isə cavab verdiyi bildirilib.
Ay Tac

















