• Bakı C

    17.46 m/s

  • USD - 1.7

    EUR - 1.7789

    RUB - 1.619

Bu ölkədə uşaqlarda ölümcül virus yayıldı

DÜNYA

06 Noyabr 2024 | 20:21

Bu ölkədə uşaqlarda ölümcül virus yayıldı

Moskvada "Coxsackie" virusuna yoluxma halları müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Rusiya Federasiyasının doqquz bölgəsində uşaqlarda "Coxsackie" virusuna yoluxma şübhələri artıb. 

Moskvanın baş uşaq infeksionisti Lyudmila Mazankovanın sözlərinə görə, şəhər müxtəlif virus infeksiyalarına yoluxma hallarına davamlı olaraq nəzarət edir. O, "Coxsackie" virusunun mütəxəssislər üçün yeni bir şey olmadığını vurğulayıb.

Kokisaki virusu öskürək, qızdırma, boğaz ağrısı, səpgi ilə müşayiət olunur. Çox vaxt xəstəlik kurort ölkələrində tətil edən ruslarda qeydə alınır. Qurum bu simptomları görən turistlərə xüsusi yaradılmış qaynar xəttə müraciət etməyi tövsiyə edib.

Qeyd edək ki, "Coxsackie" virusuna yoluxma çirkli əllər və yuyulmamış meyvələr vasitəsilə yayılır./milli.az


SON XƏBƏRLƏR

13 Dekabr 2024