• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Bu qidalar bədəndəki şişkinliyi aradan qaldırır

CƏMİYYƏT

04 Fevral 2023 | 17:19

Bu qidalar bədəndəki şişkinliyi aradan qaldırır

“Gündəlik pəhrizinizə tərəvəz və meyvələr əlavə etmək vacibdir, bu, bədəndən artıq mayenin çıxarılmasına kömək edəcəkdir”.

Bakıvaxtı.az  xarici KİV-ə istinadən xəbər verir ki, bunu diyetoloq Daria Rusakova deyib.

Diyetoloqun sözlərinə görə, tərkibində yüksək miqdarda kalium olan qidalar şişkinlikdən qurtulmağa kömək edir:

“Bir qayda olaraq, sidikqovucu təsiri olan məhsullar ödəmi aradan qaldırır. Onlar kaliumla zəngindir. Bunlar xiyar, şirin bibər, təzə ərik və qaysı kimi tərəvəz və meyvələrdir”.

O əlavə edib ki, kalium yaşıl çay və qəhvədə də var. Eyni zamanda, duz çox olan qidaları diyetdən xaric etmək vacibdir.


SON XƏBƏRLƏR

23 Aprel 2024