Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu ilə vida mərasimi başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, şəhidimiz Tovuz rayonunun Hunanlar kəndinin qəbiristanlığında dəfn edilib.
13:08
Martın 5-də qeyri-qanuni erməni birləşmələrinin təxribatı nəticəsində şəhid olan hərbçimiz Eşqin Hüseynovla vida mərasimi keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, şəhidimizin doğulduğu Tovuz rayonunun Hunanlar kəndində yas mərasimi təşkil olunub. O, bu gün kənd qəbristanlığında dəfn olunacaq.
Qeyd edək ki, E.Hüseynov subay olub, ailədə bir qardaş və bir bacısı var. Şəhidin qardaşı da hərbçidir. /Qafqazinfo
















