• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Daha iki yolda sürət həddi endirildi - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

CƏMİYYƏT

05 Aprel 2023 | 14:02

Daha iki yolda sürət həddi endirildi - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

Daha iki yolda sürət həddinin endirilməsi ilə əlaqədar olaraq müvafiq yol nişanları quraşdırılıb.

Bu barədə Bakıvaxtı.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Verilən məlumata görə, Babək prospektində müvafiq yol nişanları quraşdırılaraq maksimum sürət həddi 60-80 km/saatdan 60 km/saat-a, Qala-Pirallahı yolunda isə 100 km/saatdan 90 km/saata endirilib.

"Sürücülərdən yol nişanlarının tələbinə uyğun olaraq tətbiq edilən yeni sürət həddinə riayət etmələrini xahiş edirik", - deyə məlumatda bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026