Bu gün Abşeron rayonunun bəzi yerlərində içməli suyun verilməsində fasilələr yaranacaq.
Bu barədə Bakıvaxtı.az-a “Azərsu” ASC-dən bildirilib.
Qeyd olunub ki, Oğuz-Qəbələ-Bakı magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar 28 fevral 2022-ci il tarixində gün ərzində Abşeron rayonunun Qobu, Güzdək və Hökməli qəsəbələrinin bir hissəsinə, eləcə də kəmərin marşrutu boyu bu xətdən su alan bəzi kəndlərə içməli suyun verilməsində fasilələr yaranacaq.
"Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir", - deyə məlumatda bildirilir.
















