• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Bu sahəyə xüsusi diqqət artırılmasına ehtiyac var” - Deputat

CƏMİYYƏT

14 Noyabr 2023 | 11:54

“Bu sahəyə xüsusi diqqət artırılmasına ehtiyac var” - Deputat

“Bu sahəyə xüsusi diqqət artırılmasına ehtiyac var”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin 2023-cü il 14 noyabr tarixli iclasında deputat Sadiq Qurbanov  deyib.

“Su ehtiyatları tükənən sərvət olduğundan onun inteqrasiyalı və səmərəli idarə olunması çox vacib aspektdir. Belə ki, su ehtiyatlarının səmərəli idarə edilməsi BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin, təbii fəlakət risklərinin azaldılmasına dair Sendai Çərçivə Programında və Paris Sazişi kimi beynəlxalq müqavilələrə daxil edilmişdir. Dünya İqtisadiyyat Forumu ardıcıl üçüncü ildir ki, su böhranını ilk üç vacib qlobal risklər siyahısına daxil edir. Qeyd edək ki, Azərbaycanda mövcud suvarma kanallarının 70%-i torpaq məcralı olması torpaqların şoranlaşmasına səbəb olmaqla yanaşı ciddi su itkisi yaradır.  Kür və Araz çayları ətrafında yaşayan əhalinin içməli su ilə təchizatında problemi həll etmək məqsədilə büdcə vəsaiti hesabına çaylardan götürülmüş çirkli suyun təmizlənərək içməli su kimi əhaliyə verilməsi üçün modul tipli su təmizləyici qurğular quraşdırılmış, lakin bu qurğuların fasiləsiz fəaliyyətində müəyyən çatışmazlıqlar vardır. Qeyd edilən su təmizləyici qurğular müvəqqətidir, əhalini tam əhatə etmir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026