• Bakı C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.7692

    RUB - 1.6998

Bu saziş soyuq sülhə çevriləcək: Paşinyan Azərbaycanın təkliflərini qəbul etməyə meyillidir

SİYASƏT

24 Dekabr 2024 | 09:23

Bu saziş soyuq sülhə çevriləcək: Paşinyan Azərbaycanın təkliflərini qəbul etməyə meyillidir

"Dövlət başçısı İlham Əliyevin "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsini bir çox ölkə rəhbərləri, siyasi qərarlar verən şəxslər diqqətlə izlədilər".

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, prezident birmənalı vurğuladı ki, Fransa, Hindistan, hətta ABŞ kimi ölkələr Ermənistanı silahlandırsalar belə, bu dövlət Azərbaycanla ayaqlaşmaq iqtidarında deyil və olmayacaq:

"Azərbaycan heç vaxt buna imkan verməyəcək. Bu, Ermənistanı himayə edən kənar qüvvələrə tutarlı cavabdır. Bəzən məsələyə belə yanaşırlar ki, Azərbaycan onsuz da hərbi cəhətdən Ermənistandan kifayət qədər güclüdür. Nəzərə alsınlar ki, biz heç vaxt Ermənistana hücum etməmişik, ermənilər bizim ərazimizə təcavüz ediblər. Dövlət başçısı da bildirdi ki, Azərbaycana 150 milyard dollar dəyərində maddi-mənəvi ziyan vurublar. İşğalçılıq dövründə insanlarımızı qətlə yetiriblər. Müharibə zamanı hərbi cinayətlər törədiblər, Gəncəni, Bərdəni, Tərtəri bombalayıblar. Bütün bunları kənar dövlətlərdən aldıqları silahlarla ediblər. Ona görə də Azərbaycanın Ermənistanın silahlanması ilə bağlı narahatlığını ifadə etməsi aydın və başadüşüləndir. Bizim buna haqqımız, hüququmuz çatır. Xəbərdarlığımız da yerindədir".

Deputat Azərbaycan və Ermənistan arasında gedən sülh prosesindən də danışıb:

"Sülh sazişinin mətnində yer alan bütün müddəalar rəsmən və tam olaraq razılaşdırılmasa da, hiss olunur ki, baş nazir Nikol Paşinyan Azərbaycanın təkliflərini qəbul etməyə meyillidir”.

Rasim Musabəyov: Erməni tərəfi təxribata əl atsa, artıqlaması ilə cavabını alacaq

Müsahibimizin dediyinə görə, rəsmi Bakı hər dəfə bəyan edir ki, bilavasitə sülh sazişinin mətninə daxil olmasa da, müqavilənin imzalanması üçün Ermənistan öz qanunverici aktlarında ərazi iddiasını çıxarmalı və Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət etməlidir:  

“Cənab prezident də müsahibəsində bu iki şərti yenidən gündəmə gətirdi. Sülh sazişi bu və ya digər formada imzalana bilər. Amma İrəvan əvvəlki siyasətini davam etdirəcəyi halda həmin saziş soyuq sülhə çevriləcək”.

“Sülh sazişindən sonra da erməni tərəfi təxribata əl atsa, artıqlaması ilə cavabını alacaq. Ancaq müqavilə bir növ tərəflər arasında münasibətlərin formalaşması üçün bünövrə yaradır. Yəni diplomatik əlaqələr qurulsun, nəqliyyat və kommunikasiya bərpa olunsun, gediş-gəliş yaransın və s", - deyə Rasim Musabəyov vurğulayıb.

Aydın Baxış


SON XƏBƏRLƏR