İngiltərənin paytaxtı London telefon oğrularının daim hərəkətdə olduğu paytaxt şəhərdir.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla bildirir.
Məlumatlara görə. ötən il Londonda 91 minə yaxın telefon oğurlanıb. Yəni hər 6 dəqiqədən bir 1 telefon oğurlanır ki, bu da gündə 250-yə yaxın telefon oğurlanması deməkdir.
Telefon oğurluğunu törədənlər də, qurbanları da gənc yaşdadır. 14-20 yaş arası əhalinin oğrularla daha tez-tez rastlaşma riski ilə üzləşdiyi bildirilir.
"İnsanlar ağır həyat şəraiti səbəbindən oğurluğa meyllidirlər", - deyə səlahiyyətlilər qeyd ediblər.
















