Gürcüstanın Baş naziri İrakli Qaribaşvili nümayəndə heyəti ilə birlikdə ABŞ-a səfərə gedib.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı Baş nazirin mətbuat xidməti yayıb. Bildirilib ki, hökumət başçısı Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak edəcək.
Səfər çərçivəsində İrakli Qaribaşvilinin ikitərəfli, yüksək səviyyəli görüşlər keçirəcəyi qeyd olunub.
















