Gəncə şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
Bu barədə Bakıvaxtı.az-a "Azərsu2 ASC-dən bildirilib.
Məlumata görə, buna səbəb magistral su kəmərində baş vermiş qəzadır.
“Azərsu” ASC-nin briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa olunacaq.
Aytac Aslan
















