• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Siz də məşhurları pulla alın, bizi paylaşsınlar – Nura soydaşlarımıza SƏSLƏNDİ

CƏMİYYƏT

15 Sentyabr 2022 | 13:53

Siz də məşhurları pulla alın, bizi paylaşsınlar – Nura soydaşlarımıza SƏSLƏNDİ

“Sən Allah yığışdırın bu komediyanı. Dünən tiktokun bağlanma xəbəri manşet oldu, bu gün Maks Barskixi reklam edirsiz. Nə hay həşirdi belə? Nə əl qatmısız özünüzə?”.

Bakıvaxtı.az xəbər verir ki, bunu müğənni Nura Suri bildirib.

N. Suri xaricdə yaşayan azərbaycanlılara müraciət edib və bildirib ki, bacarırsız siz də məşhurları pulla alın, bizi paylaşsınlar:

“Boş-boş xəbər paylaşmaqla məşğulsuz. Dünəndən xarici saytlar bizi yıxıb sürüyüblər. Status yazıb xahiş etmişəm ki, hansı qurum məşğuldursa, hazır mətn göndərsin paylaşaq. Vecinə alan yoxdur. Rus Ukrayna müharibəsində rus millətini (idmançı, musiqiçi, alim, yazıçı) qara piarla yerlə bir edən dünya mediası bizə qarşı dünəndən eynisini edir. Ay bu millətin xaricdəki varlı oğulları, siz də pulunuzla alın xəbər saytlarında çalışanları. Nə oldu, rüşvət almağı, verməyi sevən millətimin igid oğullarına? Niyə sakit oturmusuz? Batırırlar bizi hazırda dünyanın gözündə. Ayılın!”

Müğənni bildirib ki, siyasət ancaq öz ölkəsindəki medianı idarə etmək deyil:

“Xaricdəki mediadan başlamaq lazımdır. Ölkənin piarı “Muhteşem yüzyıl” kimi seriallardan , musiqimizi, adət-ənənələrimizi, tariximizi əks etdirən filmlərdən başlamalıdır. Mədəniyyət, turizm nazirliyinin nəznidə bu işlə məşğul olan qurum olmalıdır. Xarici media ilə əlaqələr yaradılmalı idi çoxdan.  44 günlük müharibə zamanı sosial şəbəkələrdə əlimizdən gələni etdik. İndi vəziyyət başqadır. Mətnlər hər dildə siyasi və məntiqli olmalıdır ki, biz də rahat paylaşıb əlimizdən gələni edə bilək”.

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR