• Bakı 25° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Bu şəxslər Papa Fransiskə mane oldu

DÜNYA

08 Avqust 2024 | 08:47

Bu şəxslər Papa Fransiskə mane oldu

Heyvan hüquqlarının müdafiəçiləri Roma Papası Fransiskin ənənəvi çıxışına mane olmağa çalışıblar.

Bakıvaxtı.az xarici KİV-ə istinadla xəbər verir ki, pontifikin çıxış etdiyi zala daxil olan 2 qadın korridaya qarşı şüarlar səsləndirib. Onlar ingilis və ispan dillərində “korrida günahdır” yazılmış paltarlar geyiniblər.

Təhlükəsizlik xidməti etirazçıları zaldan çıxarıb.

Papa indiyədək korrida məsələsinə münasibət bildirməyib. Lakin tarixdən məlumdur ki, 16-cı əsrdə Papa V Piy öküz döyüşlərini qadağan etmişdi. Pontifik bu əyləncənin insana yaraşmadığı qənaətində idi.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024