• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu şəxslərə birdəfəlik müavinət veriləcək

CƏMİYYƏT

22 Oktyabr 2024 | 20:30 | Müəllif: Subhan Mahmudov

Bu şəxslərə birdəfəlik müavinət veriləcək

Öz arzusu ilə işdən çıxan ədliyyə işçisinə birdəfəlik müavinət veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Belə ki, arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdiyinə görə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş ədliyyə orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026